Siyasət
"Azərbaycanda siyasi məhbus yoxdur" - Əli Həsənov
A
14:09 11.06.2015
"Azərbaycan hakimiyyəti olaraq o iddiadayıq ki, Azərbaycanda siyasi məhbus yoxdur. Azərbaycanda ayrı-ayrı əməllərinə görə məhkum olunmuş insanlar var. Onların barəsində məhkəmənin qərarları, hökmü var. Heç bir icra hakimiyyəti də məhkəmənin qərarını şübhə altına almaq səlahiyyətində deyil".

"AZƏRFAKS" Trend-ə istinadən  xəbər verir ki, bunu Azərbaycanın Respublikası Prezidentinin köməkçisi, Prezident Adminstrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün yerli və xarici media nümayəndələrinin iştirakı ilə I Avropa Oyunlarına həsr olunmuş geniş mətbuat konfransında bildirib.

"Əl-Cəzirə" teleşirkətinin nümayəndəsinin Azərbaycanda "Siyasi məbbuslar nə vaxt azad olunacaq" sualına cavab verərkən Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, bu, bəzi Qərb dairələrinin ortaya atdığı məsələdir.
Baxılıb: 7162