İdman
Blatter FİFA prezidenti postundan istefa verdi
A
Blatter FİFA prezidenti postundan istefa verdi
21:16 02.06.2015
Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Yozef Blatter bu gün axşam Sürixdə keçirilən mətbuat konfransında öz istefasını elan edib.

"AZƏRFAKS" xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıblar.

Ötən həftə FİFA-nın bir neçə yüksək vəzifəli məmuru Sürixdə həbs olunmuşdu. Onlara qarşı korrupsiya, pulların yuyulması, həmçinin marketinq və yayım sövdələşmələri bağlanılmasında fırıldaqçılıq ittihamları irəli sürülmüşdü. Həbslər FİFA rəhbərinin növbəti seçkilərinə iki gün qalmış aparılmışdı. Buna baxmayaraq, Yozef Blatter beşinci dəfə FİFA-nın prezidenti seçilmişdi.
Baxılıb: 4379