Siyasət
AXCP-dən daha bir istefa: “Biri demədi ki, problemin nədir?"
A
AXCP-dən daha bir istefa: “Biri demədi ki, problemin nədir?
19:31 01.06.2015
AXCP Nəsimi rayon şöbəsinin üzvü Ülkər Kazımova ona qarşı haqsızlıqlara etiraz olaraq partiyadan istefa verib.

"AZƏRFAKS" xəbər verir ki, bu barədə Publika.az  saytı məlumat yayıb. Məlumata görə, Ü. Kazımova AXCP üzvü Gülnarə Akifqızının onu şantaj etdiyini bildirib: “Son bir neçə gündür Gülnarə Akifqızının mənə qarşı etdiklərinə görə çox insanlardan iradlar aldım. AXCP-nin rəsmi olaraq Nəsimi şöbəsinin üzvü olsam da iradların hamısını öz əqidədaşlarımdan - cəbhəçilərdən aldım. Biri dedi ki, sənin Gülnarə ilə belə qırğınların partiya adına ləkədir. Biri dedi ki, Əli Kərimlinin nüfuzuna xələl gətirir. Axırda hamısı dedi ki, yalandan AXCP üzvü olmadığımı deyim. Lakin heç biri maraqlanmadı ki, sən bu partiyanın üzvüsən, problemin nədir? Belə çıxır ki, bunları üzvlərin problemi yox, partiyanın adı, xüsusilə də Əli Kərimlinin şəxsi mənafeyi, adı maraqlandırır”.

Daha sonra Ü. Kazımova Əli Kərimliyə sərt şəkildə müraciət edərək partiyadan istefa verdiyini bəyan edib.

O, AXCP-ni və Əli Kərimlini şəxsi mənafelərini güdməkdə ittiham edib.

Qeyd edək ki, son günlər AXCP üzvü Gülnarə Akifqızı Ü.Kazımovanın saxta profillər adı altında qeyri-əxlaqi hərəkətlər etdiyini iddia edirdi.

Baxılıb: 3937