Siyasət
Azərbaycan "Böyük iyirmilik" yolunda...
A
Azərbaycan
12:05 25.05.2015
Azərbaycanın bütün sahələrdə nüfuzu sürətlə artır. Artıq dünya gücləri əsasən də iqtisadi sahədə Azərbaycanla hesablaşmaya bilmirlər. Bu qənatin təsdiqi kimi xeyli faktlar sadalamaq olar. Ancaq sonuncuya işarə etsək, kifayətdir.

Azərbaycan Prezidenti İlham Əliyevin "The Business Year" jurnalına verdiyi müsahibəsindən oxuyuruq: "2012-ci ildə Azərbaycan Meksikada “Böyük iyirmiliyin” sammitinə dəvət edilən 10 ölkədən biri və MDB məkanından yeganə dövlət olmuşdur. 2011-ci ildə seçkilərdə 155 dövlətin dəstəyini qazanmış ölkəmiz iki il müddətinə BMT Təhlükəsizlik Şurasına üzv seçilmiş və iki ay həmin ali quruma sədrlik etmişdir. Azərbaycan 2015-ci ildə Türkiyədə keçiriləcək “Böyük iyirmilik” sammitinə də dəvət almışdır".

Buyurun, Azərbaycan dünya 20-liyinə düşməyin yolunda inamla addımlayır.

G-20 ölkələri: Argentina, Çin, İndoneziya, Rusiya, Türkiyə, Avstraliya, Fransa, İtaliya, Səudi Ərəbistan, Böyük Britaniya, Braziliya, Almaniya, Yaponiya, Cənubi Afrika, ABŞ, Kanada, Hindistan, Meksika, Cənubi Koreya, Avropa İttifaqı

Dəvət almış ölkələr: İspaniya, Azərbaycan, Sinqapur

Baxılıb: 2879