İdman
“Qalatasaray” çempionluq yarışında “Beşiktaş“ı məğlub etdi
A
“Qalatasaray” çempionluq yarışında “Beşiktaş“ı məğlub etdi
08:43 25.05.2015
Futbol üzrə Türkiyə Super Liqasında 33-cü turun oyunları davam edir. 

"AZƏRFAKS" Qol.az-a istinadən xəbər verir ki, növbəti oyun günündə daha 3 qarşılaşma baş tutub. 

"Qaziantepspor" öz meydanında "Eskişehirspor"a qalib gəlib – 3:2.
“Sivasspor” səfərdə “Karabükspor”a uduzub – 1:2.

Turun mərkəzi oyunu İstanbulda baş tutub. “Qalatasaray” öz meydanında “Beşiktaş”ı qəbul edib. Rəqibinə 2:0 hesabı ilə qalib gələn “cim-bom” çempionluğa bir qədər də yaxınlaşıb.

24 may
Türkiyə superliqası, 33-cü tur 

"Qaziantepspor" - "Eskişehirspor" - 3:2
Qollar: Kamara, 7 (1:0), Çibuke, 9 (2:0), kamare 59 (3:0), Öztürk, 63 (3:1), Şentürk, 73 (3:2)

"Karabükspor" - "Sivasspor" - 2:1
Qollar: Yılmazer, 28 (0:1), Özek, 72 (1:1), Sou, 76 (2:1)

"Qalatasaray" - "Beşiktaş" - 2:0
Qollar: Yasin Öztekin, 11, Sneyder, 81

25 may

"Akhisar" - "Bursaspor"
"Başakşəhər" - "Fənərbaxça"
Baxılıb: 3262