Mövqe
"Bunu eləməsək, dövlətimizə sədaqətimizi nümayiş etdirə bilmərik..." - Portret
A
23:06 21.05.2015
Haqqında söhbət açmaq istədiyim bu  şəxsin tərcümeyi- halı barədə o qədər də  dərin məlumatlı deyiləm. Odur ki, onun şəxsi həyatı barədə deyil, şəxsi keyfiyyətləri barədə söz açmaq, Cəlilabad rayonunun Abazallı kəndində dünyaya göz açan, ömrünün qırx ildən çoxunu Bakı şəhərində yaşayan, olduqca müsbət aura sahibi olan ülvi bir insanın portret cizgiləri ilə Sizi yaxından tanış etmək fikrindəyəm.

Əslində,   bütün dahi insanların şəxsi həyatları xoş əməlləri, xalqı üçün miras qoyduqları yadigarları fövqündə  heç vaxt ön plana çəkilmir. Mərhum xalq şairimiz Bəxiyar Vahabzadənin “Yaşamaq yanmaqdır, yanasan gərək, həyatın mənası yalnız ondadır, şam əgər yanmırsa, yaşamır demək, onun da həyatı yanmağındadır” kimi tarixi fikirlərini təsdiq edən bu “tezis” bir daha sübut edir ki, yaddaşlarda əbədi qalan insanlar özləri haqqında şirin xatirələri tarixin yaddaşına öz əlləri, öz əməlləri ilə yazaraq, gələcək nəsillərə ərməgan olurlar. Müxtəlif peşə sahibləri olan belə şəxsiyyətləri biri-birinə bənzədən ən ülvi keyfiyyətlərsə bir olur. Bu ,Allaha sevgi , Ulu Tanrıya itaət kimi keyfiyyətlərdir ki, onları özündə əxz etdirən hər bir tarixi şəxsiyyət ömrünün bütün şüurlu hissəsini xalqına, millətinə həsr edir və bundan da böyük qürur hissi duyur. Bu qəbilə aid olan insanlar şair də ola bilər, alim də, memar da, neftçi də, siyasətçi də, hətta sadə peşə sahibi də. Ən başlıcası budur ki, gərək öncə daşıdığın o ali insan adını doğrulda biləsən, nəbzin Tanrı eşqi ilə vura, cismi varlığını deyil, ruhi varlığını daim zənginləşdirə biləsən, sevəsən, seviləsən.

Ağlım kəsəndən bəri nadir insanlar haqqında çox eşitmişəm və çox oxumuşam. Mənə ən əziz və ən doğma olan müasirlərim - dahi şəxsiyyət, Türk dünyasının əbədi lideri olan ulu öndər Heydər Əliyev və  onun siyasi varisi, dünyanın rəzalət içində çabaladıgı bir dövrdə doğma Azərbaycanımı qüdrətləndirən, laləzara çevirən nadir şəxsiyyət İlham Əliyev haqqına 100-ə yaxın elmı-publisistik məqalə, tarixi esselər, şeirlər, poemalar yazmışam. Və bununla da mən bir yazar olaraq tarix, zaman qarşısında öz mənəvi borcumu yerinə yetirərək ruhi rahatlıq  tapmışam. Bir də ona görə xoşbəxtəm ki,yüz ildən, min ildən sonra gələcək nəsillər bu günkü tariximizi vərəqləyərkən  mənim də imzamı xatırlayacaqlar. Bəli, ümumxalq məhəbbəti qazanan belə  nadir insanlar barədə yazmağı bacarmaq özü də bir xoşbəxtlikdir.

Bu  yazımda da mən təkcə bir kəndin, bir rayonun deyil, minlərlə insanın sevgisini, ehtiramını qazanan, mənəviyyatca  olduqca zəngin olan sadə bir insan,gözəl bir ziyalı haqqında söz açmaq istəyirəm. Ümumiyyətlə biz əyalətdən çıxan ziyalı olaraq  əvvəlcə bir kəndi, sonra aid  olduğumuz rayonu, daha sonra isə mənsub olduğumuz xalqı təmsil edərək bütöv azərbaycanlı statusunu qazanırıq. Xoş o şəxsin  halına ki, o, bu mərhələlərin hamısında özünü layiqincə təsdiq edir və sonda ən böyük var-dövlətə- ümumxalq sevgisinə sahib olur. Texniki  elmlər üzrə fəlsəfə  doktoru olan əziz qardaşım Cahangir Alışov da belə xoşbəxt insanlardandır. Onu vur-tut iki ildir ki, tanıyıram. İş adamı olan  əmim oğlu Elçin Mirzəyevin yaxın dostu, əqidə sirdaşıdır. Əqidə sirdaşı ona görə dedim ki, onlar  milli dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində də birgə addımlar atırlar, regionların sosial-iqtisadi inkişafı üçün əllərindən gələni əsirgəmirlər. Ən maraqlısı budur ki, adlarını qoşa çəkdiyim bu şəxslər elə  də varlı insanlar olmasalar  da, xeyriyyəçilik işlərinə nəzər salanda onları hamıdan varlı saymaya bilmirsən. Bu gün istər Elçin Mirzəyev, istərsə də Cahangir müəllim özlərini reklam etmədən yüzlərlə insana vaxtaşırı olaraq maliyə yardımı etməklə imkansız ailələrə sevinc bəxş edirlər. Xəstələrə, əlillərə, işsiz ailələrə onların göstərdikləri maliyə yardımları barədə heç vaxt heç bir mətbu orqanda  bircə kəlmə belə xoş söz yazılmayıb. Bunun səbəbini onların özlərindən soruşanda isə hər ikisi gülümüsənərək,- bilməzsən sən  yazarsan ha!—deyə, tərəddüdlə bunun  lazımsız bir iş olduğunu söylədilər.- Biz bunu reklam xatirinə etmirik. Beş manat qazanıb onun üç manatını imkansız ailələrə xərcləməsək, onda nə Tanrıya, nə də  dövlətimizə sədaqətimizi nümayiş etdirə bilmərik,- dedilər.

Bu müsbət fikirlərin tam əksi olan bir əhvalatın “Savalan” qəzetində baş redaktor olduğum dövrdə şahidi olduğum barədə onlara danışdım. Əhvalat belə olmuşdu: Yaxşı  tanıdığım bir iş adamı mənə zəng etdi ki, filan vaxt qaçqınlara ərzaq paylayacaq və əgər mümkünsə mən də öz müxbirimlə  həmin tədbirə qatılım. Şübhəsiz, bu cür müsbət addımı çox yüksək dəyərləndirən bir ziyalı olaraq mən razılıq verdim və iştirak da etdim. Həmin tədbirdə şahidi olduğum mənzərəni görəndə isə nəinki  o iş adamına, hətta özümə də nifrət etdim ki, bu cür iyrənc situasiyanın canlı şahidi oluram.  İş adamı öz əsabələrinə göstəriş verdi ki, gətirdiyi qutuları yerə boşaltsınlar və açsınlar. Məlum oldu ki, həmin qutularda paltar yumaq üçün əlliyə yaxın qara sabun, paraşok, diş pastası, və sairə vardır. Onun gətirdiyi əşyaların təqribən yüz manatlıq dəyəri olardı. Bu iyrənc şounu reklam etdirmək üçünsə həmin iş adamı bir neçə özəl telekanaldan müxbirlər və qəzetdən məni dəvət etmişdi. Operatorlar işə düşdülər, çarəsiz  qaçqınlar bir-bir danışdırıldı, iş adamı böyük  bir iş görübmüş kimi ağzının köpüyü daşa-daşa  kanallara elə müsahibələr verdi ki, guya çox böyük bir iş görüb. Tədbir başa  çatandan sonra isə iş adamının söylədiyinə görə  onun yüz manatlıq yardımı reklam etdirmək, xeyriyyəçilik aksiyasını nümayiş etdirmək üçün çoxlu xərci çıxdı. Mənsə həmin iyrənc tədbir barədə bircə kəlmə belə  yazmadım və həmin iş adamının  adını  telefon nömrəsini öz yaddaş  kitabçamdan sildim.
Vaxtilə müxtəlif məsul bəzifələrdə çalışan   ziyalı  qardaşım Cahangir Alışov əslində  böyük bir iş adamı da deyil. Sadəcə o, özünün sonradan yaratdığı şirkətə cəlb etdiyi nümunəvi  bir briqadayla  təmir-tikinti işləri ilə məşğul olur. 

Bu gün Azərbaycanda  fəaliyyət göstərən qanuni, yaxud qeyri-qanuni briqadaların sayını nəzərə alsaq Cahangirin hansı qazanc sahibi olduğunu təsəvvür etmək o qədər də çətin olmaz.Ən başlıcası budur ki, Ulu Tanrı bu insana böyük ürək verib. O, ürək ki, onun hökmü ilə Cahangir islam dininə dərin hörmət və məhəbbətini ifadə edərək ötən il boya-başa çatdığı Abazallı kəndində smeta dəyəri kifayət qədər çox olan hündür minarəli,çoxotaqlı müasir məscid binası inşa etdirib,kəndi haqqında, onun tanınmış şəxsiyyətləri, istedadlı gəncləri barədə  kitab nəşr etdirib, kəndinin küçələrini abadlaşdırıb. Gələcəkdə isə  yetişməkdə olan gənc nəslə töhfə ola biləcək uşaq bağçası və orta məktəb binaları tikdirmək arzusu ilə yaşayır və çalışır. Belə vətənpərvər oğul haqqında necə ağızdolusu deməyəsən ki, “ O, bir kəndin oğlu deyil, o, bir Azərbaycanlıdır!”

Adının qüdrətini fəxrlə yaşadan, din, iman məbədinə çevrilən doğma Cəlilabadımın Abazallı kəndində dünyaya göz açan Cahangir qardaşım haqqında qələmə aldığım bu məqaləni ona həsr etdiyim bir şeir parçası ilə bitirirəm və bir daha bəyan edirəm:- Tanrısını sevən hər bir kəs əziz dostum, qardaşım, acgözlər və qorxaqlarsa qatı düşmənimdir.
                    
Haram sayıla bilməz
                    
Bir tikə çörəyin də,
                     
Mərhəmət hissi coşur
                     
Qanında, ürəyində.
                      
Hacı Zeynalabdinin
                      
Pak yolunda parladın,
                      
İndi dərin mənalar
                     
Kəsb edir, qardaş,  adın.
                      
Sönməz bir  evdə işıq,
                      
Yaşıllaşar  arzular.
                      
Yaşıl işığa dönüb
                     
Yanar, yaşar arzular...

Valeh MİRZƏ,
şair-publisist

Baxılıb: 5294
Mövqe bölməsinin digər xəbərləri: