Hadisə
Ermənistanda əsgər anaları etiraz aksiyaları keçirəcəklər
A
Ermənistanda əsgər anaları etiraz aksiyaları keçirəcəklər
10:58 20.05.2015

Bu gün Ermənistan Prezident Administrasiyasının qarşısında qeyri-döyüş şəraitində ölən hərbi qulluqçuların valideynləri növbəti etiraz aksiyası keçirəcəklər.

 

"AZƏRFAKS" xəbər verir ki,  APA-nın “epress.am” saytına istinadən verdiyi məlumata görə, Erməni Milli Konqresinin parlamentdəki fraksiyasının katibi, deputat Aram Manukyan millət vəkillərini bu aksiyaya dəstək verməyə çağırıb. A. Manukyan deyib ki, valideynlərin tələblərini dinləmək üçün deputatların orada olması vacibdir.

 

Polislərin ötən aksiya zamanı əsgər analarını döyməsinə münasibət bildirən A. Manukyan vurğulayıb ki, hüquq-mühafizə orqanlarının əməkdaşları öz addımları ilə polis adını biabır ediblər.

Baxılıb: 3373