Siyasət
"Onlar Arif Hacılı quruplaşmasının sifarişlərinə tabe olmurlar"
A
10:43 20.05.2015
“Sözün doğrusu, Müsavat Partiyasından çıxarılmağımla bağlı qərarın ləğvi mənim üçün gözlənilməz oldu. 

Binəqədi rayon təşkilatının özəyi Nizamnaməyə zidd olaraq iştirakım olmadan, uydurma əsaslarla məni partiyadan uzaqlaşdırmışdı”.
 
Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının üzvü Vurğun Əyyub deyib. O, Binəqədi rayon təşkilatının Şura üzvlərinə təşəkkürünü bildirib: “Dünən keçirilən rayon təşkilatının Şura iclası özəyin qərarını ləğv edib. Mən Şura üzvlərinə göstərdikləri bu diqqətə görə təşəkkürümü bildirirəm. Bu qərar bir daha göstərdi ki, Müsavat Partiyası demokratik əsaslar üzərində qurulub. Müsavatda heç də hamı partiya rəhbərliyini ələ keçirmiş Arif Hacılı qruplaşmasının Nizamnamədən kənar addımlarına göz yummaq, onların sifarişlərinə tabe olmaq niyyətində deyil”.
 
Xatırladaq ki, mayın 19-da Müsavat Partiyasının Binəqədi rayon təşkilatının Şura iclası keçirilib. İclasda təşkilatın özəyinin Vurğun Əyyubun partiyadan çıxarılması ilə bağlı qərarı ləğv olunub. Şura ozəyin qərarlarının saxta olduğunu müəyyənləşdirib və özəyin protokollarının ləğv olunması, seçkili orqanlarının buraxılması, özək sədrinə töhmət verilməsi barədə qərar qəbul edib.
Baxılıb: 3104