Mövqe
"Ora uşaqlarımı da aparacam ki, hər şeyi görsünlər" - Gülyanaq Məmmədova
A
17:12 19.05.2015
“Vaxt azaldıqca bizim həyəcanımız da artır. I Avropa Oyunları elə bir bayramdır ki, bizim hamımız bu tədbirə öz tövhəmizi və dəstəyimizi verməliyik. Bizim də əziyyətimiz olsun deyə Avropa Oyunlarına həsr olunmuş mahnı hazırlayırıq”. 

Bunu “AZƏRFAKS”a (AFA) açıqlamasında Azərbaycan Respublikasının xalq artisti Gülyanaq Məmmədova deyib. 
I Avropa Oyunlarının məşəlinin mayın 22-də Ağdaşda, 25-də isə Şəkidə yandırılacağını xatırladan xalq artisti hər iki tədbirdə iştirak edəcəklərini bildirib: “Ən vacib tədbir isə I Avropa Oyunlarının açılış mərasimidir ki, bizim hamımız orada iştirak etməliyik. Mən şəxsən açılış mərasiminə övladlarımı da paracam ki, hər şeydən məlumatlı olsunlar”. 
G.Məmmədova Azərbaycan idmançılarının çıxışını daha həyəcanla izləyəcəyini də qeyd edib. O, əminliyini ifadə edib ki, ölkəmizə gələn qonaqlar Azərbaycan xalqının qonaqpərvərliyindən razı qalacaqlar.
İdmanın hansı növünə daha çox maraq göstərdiyinə gəldikə isə, xalq artisti uşaq yaşlarına iştirak etdiyi yarışlardan da söz açıb: “İdmanın qaçış növü ilə məşğul olmuşam və bir neçə yarışda iştirak edib birincilik qazanmışam. Amma ümumilikdə, voleybola, sərbəst güləş və cüdoya marağım bu gün də qalır”.

Aytac Salahova
"AZƏRFAKS"
Baxılıb: 3973
Mövqe bölməsinin digər xəbərləri: