Hadisə
Erməni diplomat Rusiyada üç yeniyetməni vurdu - Ağır qəza
A
Erməni diplomat Rusiyada üç yeniyetməni vurdu - Ağır qəza
17:38 14.05.2015
Ermənistanın Rostovdakı baş konsulu Ararat Qomtsyan ağır yol qəzası törədib. 

“AZERFAX”(AFA) Rusiya mətbuatında istinadən xəbər verir ki, konsulun avtomobili bu gün günorta saatlarında “Lada Priora” markalı avtomobillə toqquşub. “Bolşoy Sadovoy” küçəsində baş vermiş hadisə nəticəsində erməni diplomatın “Toyota Avalon” markalı avtomobili səkiyə çıxaraq yolla hərəkət edən üç yeniyetməni vurub. Müxtəlif bədən xəsarətləri alan 14 yaşlı şəhər sakinləri xəstəxanaya yerləşdirilib. 

Məlumata görə,  A.Qomtsyanın avtomobili yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Hazırda faktla bağlı araşdırma aparılır. 



Baxılıb: 4938