Gündəm
Qənirə Paşayeva Tovuzun Əlibəyli kəndində əsgərlərlə görüşdü - Fotolar
A
Qənirə Paşayeva Tovuzun Əlibəyli kəndində əsgərlərlə görüşdü - Fotolar
11:52 14.05.2015
Millət vəkili Qənirə Paşayeva Tovuzun Ermənistanla ön cəbhə nöqtələrindən biri olan  Əlibəyli  kəndində "N" saylı hərbi hissədə əsgər və hərbiçilər  qarşısında çıxış edib.

“AZERFAX”a verilən məlumata görə, Q. Paşayeva deyib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda dalğalanmasıdır. Tədbirdə Qarabağ müharibəsi veteranları, Tovuz Rayon İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib və əsgər və zabit heyəti ilə gözəl söhbətlər ediblər. Sonda hərbi hissənin rəhbərliyi çıxış edib, qonaqlara təşəkkür edərək, belə görüşlərin əsgərlər üçün mənəvi dəstək olduğunu, onlarda ruh yüksəkliyi yaratdığını, əsgər və zabitlərin Ali Baş Komandanın əmr və tapşırıqlarına sözsüz hazır olduqlarını ifadə edib. Sonra tədbir bədii hissə və konsert proqramı ilə davam edib. Azərbaycanın xalq artisti  Könül Xasıyeva əsgər və hərbiçilərimiz üçün gözəl bir gün yaşadıb. 


Baxılıb: 3237