Gündəm
Qubad İbadoğlunun ofisində axtarış - Kompüterlər aparıldı
A
Qubad İbadoğlunun ofisində axtarış - Kompüterlər aparıldı
15:57 13.05.2015
Bu gün Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin əməkdaşları Qubad İbadoğlunun rəhbərlik etdiyi İqtisadi Tədqiqatlar Mərkəzinin ofisində axtarış aparıb.

"AZERFAX" xəbər verir ki, bu barədə Qubad İbadoğlunun özü məlumat yayıb. 

3 saatadək davam edən axtarışdan sonra Mərkəzin və İctimai Birliklərin Mədən sənayesində şəffaflığın artırılması Koalisiyasının, Milli Büdcə Qrupunun bütün kompüterləri və maliyyə-mühasibat sənədləri müsadirə edilərək götürülüb.

“Ofisə gələnlər “Bu, bizlik deyil“ deməklə özlərini sığortalamaq istəyiblər. Hesab edirəm ki, bu, mənim Mədən sənayesində şəffaflıq üzrə Beynəlxalq İdarə Heyətindəki fəaliyyətimlə bağlıdır”, - deyə Qubad İbadoğlu bildirib. 

Q.İbadoğlu onu da vurğulayıb ki, rəhbərlik etdiyi İqtisadi Tədqiqatlar Mərkəzinin fəaliyyəti hər il auditor yoxlamasından keçib və maliyyə-təsərrüfat fəaliyyəti Azərbaycan qanunvericiliyinə və beynəlxalq standartlara uygun qurulub: “Biz daimi hesabatlı və şəffaf işləmişik, bütün vergi öhdəliklərimizi də vaxtlı-vaxtında yerinə yetirmişik”.

Baxılıb: 6071