Gündəm
Birinci Avropa Oyunları ilə bağlı Bakıda yürüş keçirilib
A
Birinci Avropa Oyunları ilə bağlı Bakıda yürüş keçirilib
11:54 11.05.2015
Bu gün Birinci Avropa Oyunları “Alovqoruyanları”nın yürüşü keçirililib.

Könüllülərin qatıldığı yürüş Dəniz Vağzalının ətrafından start götürərək Yeni Bulvardaki karuselin (Yeni “Chertovo Koleso”) yanında başa çatıb.

İlk yeri tutan könüllüyə kubok və I Avropa Oyunlarının açılış mərsiminə biletlər, ikinci və üçüncü yerin sahiblərinə isə kubok və “Nar Mobile” şirkətindən qiymətli hədiyyələr təqdim olunub.

Daha sonra könüllülər arasında müxtəlif viktorinalar keçirilib və tədbir müsiqi sədaları ilə davam edib.

“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin Könüllülərlə İş Departamentinin mütəxəssisi Vüsal Bəkirov qeyd edib ki, bu yürüş könüllülər üçün təşkil edilən son tədbirdir. Onun sözlərinə görə, yürüşün məqsədi könüllərin və ölkəmizin Birinci Avropa Oyunlarına hazırlığını nümayiş etdirməkdir. Mütəxəssis, yürüşə böyük maraq olduğunu bildirib.

Trend
Baxılıb: 6010