Mövqe
Bayraqsızın meydanı - Replika
A
Bayraqsızın meydanı - Replika
23:07 10.05.2015
Oxudum ki, onun 2000 min kvadrat metr sahəsi olan mənzili var. Mənsə valideynlərimlə birgə 80 kvadrat metrlik sahəsi olan mənzildə yaşayıram...

Oxudum ki, onu ən yüksək zirvədə olan bayrağımızı qorumaqdan məhrum ediblər. Mənimsə otağımda hər gün sığalladığım bayrağım var. Oxudum ki, onu hüquq mühafizə orqanları aparıblar. Mənsə 80 kvadrat metrlik sahəsi olan mənzilimdə, bayrağımla baş-başa bugünki günü bizə bəxş edən ilahi qüvvəyə dua edirəm. Eşitdim ki, onun şirkəti minlərlə insanın haqqını tapdayıb, evindən-eşiyindən didərgin salıb. Mənsə haqqı tapdanan bir insanın belə gözündə yaş gilələnməsin deyə, qələmimi dincə qoymadım. Siz deyin, hansımız daha xalqçı, dövlətçi, insançıyıq?..

Ceyhun Musaoğlu

P.S. Burada söhbət məndən getmir. Vətəninə, millətinə, dövlətinə layiq olan adamlar var. Həmişə də olacaqlar. Mən onların milyonda biriyəm - qum dənəsiyəm
Baxılıb: 7895
Mövqe bölməsinin digər xəbərləri: