İdman
Su polosu üzrə Azərbaycan yığması 1/4 finalda - Fotolar
A
Su polosu üzrə Azərbaycan yığması 1/4 finalda -  Fotolar
13:03 08.05.2015
Bu gün Bakı Su İdmanı Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar su polosu idman növü üzrə beynəlxalq turnir 1-4-cü yerlər və 5-8-ci yerlər uğrunda yarışlarla davam edəcək. 

“AZERFAX”a Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan yığması İtaliya, Yunanıstan və Rusiya yığmaları ilə birgə ilk dördlükdə mübarizə aparacaq. Olimpiya çempionu olmuş Macarıstan yığması, Asiya çempionu Qazaxıstan, Türkiyə və Gürcüstan yığmaları isə 5-8-ci yerlər uğrunda yarışacaqlar. Verilən məlumata görə, yarımfinal oyunları mayın 8-də axşam saatlarında Bakı Su İdmanı Sarayında baş tutacaq. Bakı vaxtı ilə saat 17:30-da İtaliya yığması Rusiya idmançıları ilə qarşılaşacaq. Azərbaycan vaterpolçuları isə saat 18:45-də Yunanıstan millisi ilə güclərini sınayacaqlar. 
9 mayda Bakı vaxtı ilə 11:30-da üçüncü və dördüncü yerlər uğrunda, 12:45-də turnirin final qarşılaşması baş tutacaq.  

Baxılıb: 3962