İdman
Millimizin baş məşqçisi: "Çalışacağıq ki, uğurlarımızın davamı gəlsin"
A
Millimizin baş məşqçisi:
12:45 08.05.2015
“Su polosu üzrə Azərbaycan yığmasının belə bir mötəbər turnirdə dördə bir finala vəsiqə qazanması özü böyük bir nailiyyətdir. Biz var qüvvəmizlə çalışacağıq ki, bu uğurların ardı gəlsin və komandamız azarkeşlərimizi qələbələrlə sevindirsin”. 

"AZERFAX"(AFA) xəbər verir ki, bu açıqlama ilə Azərbaycanın Üzgüçülük idman növü üzrə milli komandasının baş məşqçısı Azər Babayev çıxış edib. Onun sözlərinə görə Bakı Su İdmanı Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar su polosu idman növü üzrə təşkil olunan beynəlxalq turnirə dünyanın ən güclü komandaları qatılıb:

“Əgər turnir iştirakçılarına baxsaq bu yarışın necə səviyyəli olduğunu açıq aydın görərik. Dunya çempionları İtaliya yığması, Olimpiya çempionu Macarıstan yığması, Avropa çempionu Yunanıstan komandası, Avropa üçüncüsü Rusiya yığması, Asiya çempionu Qazaxıstan komandası, Zaqafqaziya çempionları Gürcüstan komandası, güclü heyətə malik Türkiyə yığması. Bu komandaların qazandıqları nailiyyətlər onların beynəlxalq səviyyələrindən xəbər verir. Belə bir mebarizə şəraitində Gürcüstan yığmasına qalib gəlməyimiz, Qazaxlarla oynadığımız heç-heçə və İtalya millisi ilə qazaxlara nisbətən göstərdiyimiz yüksək səviyyəli oyun bizə dördə bir finala keçməyimizə kömək oldu. Bizi qarşıda yunanlarla çox ağır bir qarşılaşma gözləyir. Var qüvvəmizlə çalıcayıq ki, onlarla bərabər səviyyədə oyun sərgiləyək və yaxşı nəticələr qazanaq” deyə Azər Babayev əlavə edib.

Azərbaycan millisin baş məşqçisi bu beynəlxalq turnirdə olimpiya çempionları olan Macarıstan yığmasının ilk dördlüyə düşə bilməməsini böyük sensasiya adlandırdı. Onun fikrincə bu turnir I Avropa Oyunları öncəsi Azərbaycan millisi üçün yaxşı sınaqdır. Babayev öz yetirmələrinə maksimum dərəcədə səviyyəli və baxımlı oyun göstərmələrini tövsiyyə edib. Məlumat üçün bildirək ki, mayın 8-də Baki Su İdmani Sarayında Bakı vaxtı ilə saat 18:45-də Azərbaycan vaterpolçuları Yunanıstan millisi ilə güclərini sınayacaqlar. 


Baxılıb: 2971