İdman
Xaçmazda üzgüçülük üzrə beynəlxalq turnirnir keçirilir
A
Xaçmazda üzgüçülük üzrə beynəlxalq turnirnir keçirilir
09:19 04.05.2015

May ayının 3-də Xaçmaz Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar təşkil olunan beynəlxalq turnirin təntənəli açılış mərasimi keçirilib.

“AZERFAX” xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov verib. Tədbirdə Gənclər və İdman Nazirliyinin sektor müdiri Nicat Həsənov çıxış edərək bildirib: "Son illər Azərbaycanda mötəbər idman yarışlarının keçirilməsi respublikamızı dünyada idman ölkəsi kimi tanıdıb. Və Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarında 6000-dən çox avropalı idmançı qüvvəsini sınayacaq".

Daha sonra Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Fərid Bənəniyarlı beynəlxalq yarışın yığma komandamızın formalaşmasında böyük əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edək ki, Azərbaycan komandası birinciliyə 38 idmançı ilə qatılıb ki, onların da 12-si birinci Avropa Oyunlarında ölkəmizi təmsil edəcək. Gürcüstan 20, Qazaxıstan 10, Qırğızıstan 10, Rusiya komandası isə 4 üzgüçü ilə medallar uğrunda mübarizə aparır. İdmançılar 50, 100, 200 və 400 metr məsafələrdə sərbəst və qarışıq, batrfley və  estafet üsullarında üzmədə güclərini sınayacaqlar.

Onu da qeyd edək ki, turnirə mayın 6-da yekun vurulacaq.

Baxılıb: 6171