İdman
Üzgüçülər Xaçmazda yarışacaqlar
A
Üzgüçülər Xaçmazda yarışacaqlar
11:46 01.05.2015
Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar May ayının 2-7-si tarixlərində Xaçmazda üzgüçülük idman növü üzrə beynəlxalq turnir start götürəcək.

“AZERFAX” xəbər verir ki, bu barədə Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov verib. Onun sözlərinə görə bu beynəlxalq turnirə 6 ölkədən 90-a yaxın idmançı qatılması planlaşdırılır. Turnir çərçivəsində idmançılar üzgüçülüyün bütün növlərində müxtəlif məsafələrdə güclərini sınayacaqlar.

Federasiyadan verilən məlumata görə 1997-98-ci il təvəllüdlü və daha kiçik yaş həddlərində mübarizə aparacaq üzgüçülər arasında Azərbaycan komandası 40 idmançı ilə təmsil olunacaq. Turnirə Gürcüstan komandası 20, Qazaxıstan 10, Qırğızıstan 10, Rusiya və Ukrayna komandaları isə hərəsi 4 üzgüçü ilə iştirak edəcək.  

Qeyd edək ki, qonaq komandaların gəlişi may ayının 2-ə nəzərdə tutulub.


Baxılıb: 16781