İdman
Naxçıvanda "Azərbaycan kəməri" uğrunda döyüşlər olacaq
A
Naxçıvanda
08:55 01.05.2015
Naxçıvanda “Azərbaycan Kəməri” uğrunda mübarizə olacaq

"AZERFAX"a(AFA) verilən məlumata görə, Kikboksinq üzrə peşəkarlar arası “Azərbaycan Kəməri” uğrunda döyüşlər may ayının 7-də Naxçıvan Muxtar Respublikasının Şərur Olimpiya İdman kompleksində keçiriləcək.

Yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Şərq Döyüşü Sənəti Federasiyası, Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq. 

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev Azərbaycanda peşəkar yarışmanın ilk dəfə olaraq keçirildiyini bildirib:
“Respublikada kikboksinq idman növünün peşəkar istiqamətinin inkişaf etdirilməsi, həmçinin idmançıların ustalığının artırılması, cəmiyyətlərdə, klublarda, şəhər və rayonlarda kikboksinq üzrə bölmələrin işlərinə qiymət verməkdir. Həmçinin, bu çempionatın qalibləri hər çəki dərəcəsindəki kəmər sahibləri,ölkəmizi beynəlxalq peşəkar yarışlarda təmsil edəcəklər”, -deyə federasiya rəhbəri əlavə edib.
Baxılıb: 2402