Gündəm
Ağ Ev: ABŞ Rusiyanın iqtisadiyyatını məhv etmək niyyətində deyil
A
Ağ Ev: ABŞ Rusiyanın iqtisadiyyatını məhv etmək niyyətində deyil
08:18 30.04.2015
 ABŞ Rusiyanın iqtisadiyyatını məhv etmək niyyətində deyil
 
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Ev yanında Milli Təhlükəsizlik Şurasının qlobal iqtisadiyyat və maliyyə üzrə baş direktoru Rori Makfarkuar bildirib.
 
“Ukrayna və Rusiyanın iqtisadiyyatları əmtəə dövriyyəsinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə baxmayaraq bir-biri ilə sıx bağlıdır. Rusiya iqtisadiyyatının dağılması Ukraynaya fayda gətirməyəcək. Əslində biz heç vaxt belə məqsəd güdməmişik və Rusiyanın iqtisadiyyatını məhv etmək niyyətində deyilik”, deyə Ağ Evin nümayəndəsi bildirib. 
Baxılıb: 4714