İdman
Rusiyalı güləşçi: “Avropa Oyunları tarixi hadisədi”
A
Rusiyalı güləşçi: “Avropa Oyunları tarixi hadisədi”
16:24 27.04.2015
“Rusiya çempionatında qazanılan qələbənin mənə Avropa Oyunlarına vəsiqə verəcəyinə ümid edirəm. Bakıda keçiriləcək bu yarışa isə tam hazır olmalıyam”. 

Apasport.az saytının məlumatına görə, bu sözləri qadın güləşində dünya və Avropa çempionatlarının mükafatçısı rusiyalı İrina Oloqonova deyib.
 
55 kq çəki dərəcəsində Rusiya çempionu adını qazanan idmançı yığmasının heyətində Bakıda keçiriləcək I Avropa Oyunlarında çıxış etmək arzusundadı.
 
Ardıcıl ikinci dəfə ölkəsinin ən yaxşısı adını qazanan İrina iyunun 12-28-də keçiriləcək mötəbər yarışa böyük dəyər verdiyini bildirib: “Avropa Oyunları ilk dəfə keçiriləcək. Bu yarış tarixi hadisədi. Avropa Oyunları qitə çempionatından daha miqyaslı turnirdi. Olimpiya Oyunlarında olduğu kimi, burada yarışlar bir çox idman növləri üzrə keçiriləcək”.
 
Hələlik ən yaxşı idman formasından uzaq olduğunu qeyd edən Oloqonova Bakı-2015-ə qədər daha yaxşı durumda olacağına ümidlidi: “Ötən il də Rusiya çempionu adına yiyələnmişdim. Bu üzdən də daxilən özümü çəkinin lideri hesab edirdim. Bir sözlə, qarşıma qələbədən başqa vəzifə qoymamışdım. Əlbəttə ki, Daşkənddəki dünya çempionatı zamanı olduğum formadan çox uzağam. Bəzi görüşlərdə çətin olurdu. Amma yavaş-yavaş öz kondisiyalarınmı yığıram”.
 
Qeyd edək ki, 2014-cü ildə dünya çempionatında gümüş, qitə çempionatında bürünc medal qazanan Oloqonova 2011, 2014 və 2015-ci illərdə Rusiyanın ən yaxşısı olub.

Baxılıb: 4864