Mövqe
Allahşükür Paşazadə: Azərbaycan və Türkiyəni ayırmaq istəyənlər erməni kartından istifadə edirlər
A
Allahşükür Paşazadə: Azərbaycan və Türkiyəni ayırmaq istəyənlər erməni kartından istifadə edirlər
11:43 27.04.2015
“Azərbaycan və Türkiyəni ayırmaq istəyən qüvvələr erməni kartından daha çox istifadə edirlər”. 

"AZERFAX" Trend-ə istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyüxlsilam Hacı Allahşükür Paşazadə Türkiyənin Əziz Mahmud Hüdayi Vəqfinin fəxri başqanı Osman Nuri Toppaşın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib.

A.Paşazadə bildirib ki, bu qüvvələr xaricdən təzyiqlərini artırıblar: “Qondarma bir “soyqırım”ı bayraq edib, ermənilərin adından Türkiyəyə qarşı istifadə edirlər. Azərbaycana qarşı törədilən soyqırımı isə bundan ayırıb Türkiyəni ermənilərlə ayrıca üz-üzə qoymaq istəyirlər. Türkiyəni bizə görə ittiham etmək istəyirlər. Halbuki biz qardaş xalqıq, kədərimiz və sevincimiz ortaqdır”.
Baxılıb: 5524
Mövqe bölməsinin digər xəbərləri: