Mövqe
İrlandiyalı politoloq: İlk Avropa Oyunları Azərbaycana iqtisadi dividentlər də gətirəcək
A
İrlandiyalı politoloq: İlk Avropa Oyunları Azərbaycana iqtisadi dividentlər də gətirəcək
11:17 27.04.2015
İrlandiyanın tanınmış politoloqu Kolin Kenanın İlk Avropa Oyunları ilə bağlı Trend-ə ekskluziv müsahibəsi:

- Bildiyiniz kimi Azərbaycanda keçiriləcək İlk Avropa Oyunları dünya idman tarixində ilk hadisədir. İstərdik, bu Oyunların əhəmiyyəti barədə danışasınız.

- İdman insanları fərqli düşünməyə və daha çox nailiyyətlər əldə etməyə həvəsləndirmək gücünə malikdir. Bizim ölkəmizdə idman müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirmək, insanlar arasında ixtilafların qarşısını almaq üçün bir vasitə kimi istifadə edilir. Eyni zamanda, Avropada da idman müxtəlif dövlətlər arasında qarşılıqlı anlaşma yaratmaq üçün bir vasitə kimi istifadə edilə bilər. Bu baxımdan Azərbaycanda baş tutacaq İlk Avropa Oyunları bütün keçmişdə olan ixtilafları bir kənara qoyub və bunun əvəzində daha yaxşı işləri önə çəkmək üçün unikal bir imkan yaradır. Eyni zamanda, bu Oyunlar idmançılara illərdir çəkdikləri əziyyətin, ağır zəhmətin bəhrəsini görmək, dünya şöhrətli idmançı olmaq arzularını reallaşdırmaq şansı verir. Mən əminəm ki, bu Oyunlar orada iştirak edən hər kəsə böyük uğur gətirəcək və mən də öz növbəmdə bütün yarışçılara müvəffəqiyyətlər arzu edirəm.

- Sizcə İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəyə nə kimi faydalar gətirəcək?

- Təbii ki, Azərbaycan bu Oyunlara ev sahibliyi etməklə bir çox istiqamətdə böyük faydalar əldə edəcək. Siyasi baxımdan, ilk növbədə Azərbaycanın beynəlxalq nüfuzunu artıracaq, bütün dünyanın diqqəti Azərbaycana yönələcək ki, bu da ölkəyə özünü dünyaya təqdim etmək üçün bir imkan yaradacaq. Şübhəsiz ki, dünyanın diqqətinin bu şəkildə Azərbaycana yönəlməsi ölkəyə iqtisadi dividentlər də gətirəcək. İlk növbədə bu, Azərbaycana turistlərin marağını xeyli artıracaq və hətta Oyunlardan sonrakı dövrdə də uzun zaman ölkə iqtisadiyyatının çıçəklənməsinə xidmət edəcək. Bundan əlavə, idmançılarla yanaşı bu Oyunları izləmək üçün Azərbaycana çoxlu sayda tamaşaçılar da gələcək. Təbii ki, bu da öz növbəsində ölkədə yerli biznesin inkişafına öz töhfəsini verəcək.

- Bəzi beynəlxalq dairələr, xarici QHT-lər İlk Avropa Oyunlarından Azərbaycana təzyiq göstərmək, qarayaxma kampaniyası aparmaq üçün istifadə edirlər. Bir idman yarışmasını siyasi məqsədlər üçün istifadə etmək nə dərəcədə düzgündür?

- Mən müsahibəmin əvvəlində də qeyd etdim. İdman insanları həvəsləndirmək və bir araya gətirmək üçün bir vasitədir. İdman insanlar arasında ixtilaf yaratmaq və siyasi bəyanatlar vermək üçün alət edilməməlidir. Yarışlarda iştirak edən idmançlar öz ağır zəhmətlərinin bəhrəsini görmək və bunu bayram etmək istəyirlər, onlar digər insanların siyasi məqsədləri üçün alət olmaq istəmirlər. Ona görə də, biz hər birimiz ilk Avropa Oyunlarını tam bir idman yarışması kimi qəbul etməliyik. İdmanı siyasiləşdirmək heç bir zaman düzgün qəbul edilməyib və mən idmandan siyasi məqsədlər üçün istifadə edənləri yenidən düşünməyə çağırıram. Sonda bir daha bu Oyunlarda iştirak edəcək bütün idmançılara uğurlar arzu edirəm və Oyunlara tamaşa etməyi səbrsizliklə gözləyirəm.
Baxılıb: 5550
Mövqe bölməsinin digər xəbərləri: