Mövqe
“Beynəlxalq təşkilatlar Azərbaycanda korrupsiyaya qarşı mübarizəni yüksək qiymətləndirir"
A
“Beynəlxalq təşkilatlar Azərbaycanda korrupsiyaya qarşı mübarizəni yüksək qiymətləndirir
14:10 22.04.2015
“Beynəlxalq təşkilatlar Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işləri yüksək qiymətləndirir”.

"AzerFax" APA-ya istinadən xəbər verir ki, bu barədə 2015-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş mətbuat konfransında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib.
 
O qeyd edib ki, Avropa Yenidənqurma və İnkişaf Bankı ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində mühüm uğurlar əldə edildiyini, Azərbaycan hökumətinin korrupsiyaya qarşı yönəlmiş addımlarını, o cümlədən yeni qanunvericiliyin qəbul olunmasını və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətini yüksək qiymətləndirib. Qeyd olunan məlumat 9 aprel 2015-ci il tarixdə Avropa Yenidənqurma və İnkişaf Bankının rəsmi saytında (www.ebrd.com ) yerləşdirilib.
 
K. Əliyev həmçinin bildirib ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsini uğurlu model kimi dəyərləndirərək bu qurumun digər ölkələr üçün nümunə olduğunu, Azərbaycan brendi olan ASAN xidmət mərkəzlərinin fəaliyyətini isə ən uğurlu qabaqlayıcı tədbir kimi qiymətləndirib.
 
Bundan başqa qeyd olunub ki, Azərbaycan Avropa Şurasının Korrupsiya Əleyhinə Dövlətlər Qrupunun (GRECO) 4 dəyərləndirmə raundunu uğurla keçən ölkələrdən biridir. Hər bir dəyərləndirmə mərhələsində ölkəmiz üzrə uyğunluq hesabatları qəbul edilib.
Baxılıb: 6851
Mövqe bölməsinin digər xəbərləri: