Mövqe
“Bakı 2015 "in Azərbaycan üçün böyük əhəmiyyəti var” - “İrəli” İB-nin sədri
A
“Bakı 2015
12:36 22.04.2015
“I Avropa oyunları bizim üçün idman bayramıdır. Azərbaycanın bu bayrama hazırlaşdığı bir vaxtda ölkəmizi istəməyən daxili və xarici qüvvələr Azərbaycanın əleyhinə müxtəlif kampaniyalar həyata keçirirlər. Əslində bu kimi davranışlara təbii yanaşmaq lazımdır.  “Evrovizion” Bakıda keçirilən zamanı nələr baş verdiyini biz heç birimiz unutmamışıq. O zaman da bizə qarşı qara piar aparılırdı. Lakin o zamankı kimi, bu dəfə də istədiklərinə nail ola bilməyəcəklər”. 

Bunu “AzerFax”a(AFA) açıqlamasında "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib. Onun sözlərinə görə,  Avropa Oyunları ərəfəsində həm xaricdəki bəzi qüvvələrin, həm də onların burada havadarlıq etdiyi müəyyən qrupların qərəzli bəyanatlarında, heç bir əsası olmayan çağırışlarında təəccüblü heç nə yoxdur: “Bu oyunların Azərbaycan üçün əhəmiyyətini hər kəs çox yaxşı başa düşür. Biz sürətlə inkişaf edirik və bu inkişafı istəməyən müəyyən qüvvələr var və hər zaman da olacaqdır”. 

Birlik sədri hesab edir ki, Avropa Oyunlarının gənclər arasında təbliğatı düzgün aparılmalıdır: “Biz gənclər olaraq, vətəndaş olaraq istər beynəlxalq, istərsə də yerli təşkilatların apardıqları çirkin kampaniyaların, qara piarın qarşısını almalıyıq. Biz artıq qəbul etməliyi ki, bu gün sosial şəbəkə dövrüdür və informasiya müharibəsində uduzmamağın bir yolu da sosial şəbəkələrdə aktiv olmaqdır. Biz də bunu nəzərə alaraq kifayət qədər kativlik nümayiş etdiririk. Biz unutmamalıyıq ki, Azərbaycanın hər bir uğuru bizim ümumi nailliyyətimizdir. İlk dəfə keçiriləcək “Bakı-2015” I Avropa Oyunları ilə Azərbaycan özünün geniş imkanlarını, iqtisadi qüdrətini, sülhə və dostluğa sədaqətini nümayiş etdirəcək. Bizim də vətəndaş olaraq borcumuz Azərbaycanın maraqlarını qorumaqdır”. 

Aytac Salahova
"AzerFax"

Baxılıb: 6758
Mövqe bölməsinin digər xəbərləri: