Mövqe
"Bizi haqlı mövqeyimizdən döndərə bilməyəcəklər" - Jalə Əliyeva
A
18:50 20.04.2015
“Bir çox ölkələr ikili standartlara üstünlük veririlər ki,  bu da onlara ədalətli qərar qəbul etməyə imkan vermir.  Avropa Parlamentinin qondarma soyqırım iddiası ilə bağlı qəbul etdiyi qətnamə də məhz həmin ikili standartlara söykənir.  Bu qurum bir əsir bundan əvvəl baş vermiş hansısa hadisəyə qiymət verdiyi halda, hər birimizin canlı şahidi olduğu Dağlıq Qarabağ probleminin ədalətli həllinə maraq götərmir, Ermənistanın işğalşı siyasətinə qarşı müvafiq davranış nümunələri göstərmir”. 

Bunu “Azərfax”a(AFA) açıqlamasında Milli Məclisinin deputatı Jalə Əliyeva deyib. Onun sölərinə görə, Avropa Parlamenti üstüörtülü şəkildə olsa da işğalçının tərəfində dayanıb: “20 ildən artıqdır ki Azərbaycan torpaqları işğal altındadır. Azərbaycanlılar öz torpaqlarından qaçqın düşüblər. Bütün bu hadisələri görməzdən gəlib, baş verənlərə siyasi qiymət vermək istəmirlərsə, o zaman bir əsr əvvəl ə təsadüf edən hansısa bir hadisəyə qiymət vermələri ədalətsizlikdir”. 
J. Əliyeva hesab edir ki, Avropa Parlamentinin davranışında təəccüblü heç nə yoxdur və qəbul olunmuş qətnamə bilavasitə Türkiyə-Azərbaycan birliyinin doğurduğu narahatlıqdan irəli gəlib: “Proseslər onu göstərir ki, Türkiyənin bizim bölgədə möhkəmlənməsi, Azərbaycanla eyni mövqedən çıxış etməsi bəzi dairələri ciddi şəkildə narahat edir. Bu səbəbdən də imkan düşdükcə bizə qarşı bu sayaq addımlar atırlar”. 
J.Əliyevanın fikrincə,  bu kimi əsası olmayan qətnamələr Türkiyə və Azərbaycanın haqlı mövqeyinə təsir göstərə bilməyəcək. 


Baxılıb: 4844
Mövqe bölməsinin digər xəbərləri: