Hadisə
Azərbaycanın xalq artisti Ramiz Mirişli vəfat etdi
A
Azərbaycanın xalq artisti Ramiz Mirişli vəfat etdi
22:10 17.04.2015
Azərbaycanın xalq artisti, sevilən bəstəkar Ramiz Mirişli dünyasını dəyişib.

81 yaşlı bəstəkar xalq arasında gözəl mahnı və romansların müəllifi kimi tanınırdı. "Oxu tar" (sözləri M.Müşfiqindir.) "Salam kür çayı" (sözləri C.Məmmədovundur) mahnıları meydana gəldiyi gündən dillər əzbəri olub, bəstəkara ümumxalq məhəbbəti qazandırıb.

Qeyd edək ki, R. Mirişli 16 aprel 1934-cü ildə Naxçıvan MR-də anadan olub. 

Tanınmış bəstəkar Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1982), Naxçıvan MR-nın əməkdar incəsənət xadimi (1974), Azərbaycan Respublikasının xalq artisti (1990), professor (1993) adlarını alıb. O, 14 aprel 2014-cü ildə "Şərəf" ordeni ilə təltif edilib.

Ramiz Mirişli ilə vida mərasimi sabah saat 14.00-da Bakı Musiqi Akademiyasında olacaq.

Allah rəhmət eləsin!

atv.az
Baxılıb: 13496