Mövqe
Qənirə Paşayeva bütün türkləri etiraza çağırdı - Türkiyə mətbuatında
A
Qənirə Paşayeva bütün türkləri etiraza çağırdı - Türkiyə mətbuatında
12:58 16.04.2015
"Avropa Parlamentinin qondarma, sözde erməni soyqırımı iddiaları ilə bağlı qərarına bütün dünyada yaşayan türklər etiraz səsini ucaltmalıdır". 

"AzerFax" xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva Avropa Parlamentinin qondarma "erməni soyqırımı"nın tanınmasına dair çıxardığı qətnaməyə münasibət bildirərkən deyib.
Q.Paşayeva hesab edir ki, dövlətlər qədər Avropada yaşayan türk kökənli insanlar da yaşadığı Avropa ölkələrində bu müzakirələrə dəstək vermiş millət vəkillərinə və Avropa Parlamentinə ciddi etirazlarını bildirməlidirlər: "Avropa Parlamentinin yalanlarla bağlı qərarını heç bir türk insanı tanımayacaq və qəbul etməyəcək. Avropa Parlamenti bu qərarı ilə ədalətsiz və haqsızlığa imza atmaqla bərabər bir sıra Avropa ölkələri qondarma erməni soyqırımı yalanlarından öz məqsədləri üçün necə istfadə etdiklərini də bir daha göstərdilər. Onların dərin maraqlarını isə hər bir insanımız yaxşı bilməlidir. Yalanlara qarşı ən ciddi mübarizə yolu isə bütün dünyada gerçəkləri daha çox anlatmaqdır. Ermənistanın, ermənilərin Qarabağda, Xocalıda törətdiyi dəhşətləri, soyqırımı türk kökənli bbütün insanlar dünyaya daha çox çatdırmalı, yalanlara qarşı gerçəklərlə müzarizəni daha da genişləndirməlidir".

Qeyd edək ki, Q.Paşayevanın sözügedən qətnaməyə sərt etirazı Türkiyənin aparıcı media qurulmları tərəfindən də işıqlandırılıb. "Milliyət", eləcə də digər qəzet və internet resursları Q.Paşayevanın açıqlamasını "Azeri vekil: Sahte ve adaletsiz bir karar" başlığı ilə təqdim ediblər.
Baxılıb: 6949
Mövqe bölməsinin digər xəbərləri: