İdman
Tahir Gözəl "Qabağı"ın maliyyə vəziyyətindən danışdı - "Halımızdan məmnunuq"
A
Tahir Gözəl
15:52 10.04.2015
“Qarabağ” klubunun vitse-prezidneti Tahir Gözəl “Neftçi”də Müşahidə Şurasının yaradılmasına münsibət bildirib.

"AzerFax" qol.az-a istinadən xəbər verir ki, o, bu gün jurnalistlərə açıqlamasında “Neftçi”nin bu addımını alıqışlasa da, “Qarabağ”da belə bir sistemə ehtiyac olmadığını deyib:

"Neftçi"nin Müşahidə Şurasındakılar öz işlərində tanınmış şəxslərdir. İnanıram ki, bu sistemlə uğur qazana bilərlər. Amma biz öz sistemimizdən razıyıq. İllərdir bu sistemlə çalışırıq və heç bir problemimiz olmayıb. “Qarabağ”da Müşahidə Şurasına ehtiyac yoxdur. Biz öz halımızdan məmnunuq".

T.Gözəl manatın devalvasiyasının “Qarabağ”da problem yaratmadığını qeyd edib: “Bəli, Avro dollar qarşısında 25 faiz dəyərini itirdi. İndi dünyada çətin bir dövrdür. Dünyadakı problemlər hər bir şirkətə olduğu kimi bizə də təsir edir. Amma hələ ki, "Qarabağ"ın büdcəsinə heç bir təsir etməyib. "Azersun Holding"ə təsirləri oldu, amma biz klub olaraq, öz yolumuza davam edirik. Artıq "Qarabağ" elə bir brendə çevrilib ki, özü bir güc təşkil edir. Klubumuz elə inkişaf edir ki, bura istənilən qədər investisiya qoymaq olar. Bu uğura görə, klubumuza hər zaman dəstək verəcəyik".
Baxılıb: 20933