İdman
Ermənistan himnini oturaraq dinləyən samboçumuza ŞOK CƏZA
A
Ermənistan himnini oturaraq dinləyən samboçumuza ŞOK CƏZA
15:00 01.04.2015
Ceyhun Məmmədov: “Həqiqətən də qəsdən etsəydi, himn səsləndirildikdən sonra birgə şəkil çəkdirməzdi
 
Rusiyanın paytaxtı Moskvada Anatoli Xarlampiyevin xatirəsinə həsr olunmuş sambo üzrə Dünya Kubokunda mükafatlandırma mərasimi zamanı Ermənistan himnini oturaraq dinləyən Azərbaycan yığmasının üzvü Bəxtiyar Abbasov bürünc medalından məhrum ediləcək. Lent.az-ın "report"a istinadən məlumatına görə, bu barədə Azərbaycan Sambo Federasiyasının (ASF) prezidenti Ceyhun Məmmədov məlumat verib.
 
C.Məmmədovun sözlərinə görə, 90 kq çəki dərəcəsində yer alan B.Abbasov ən azı 2 il müddətinə bütün yarışlardan diskvalifikasiya ediləcək: "Bunu mənə Avropa Sambo Federasiyasının prezidenti Sergey Yeliseyev dedi. O, həm də Beynəlxalq Sambo Federasiyasının (FİAS) vitse-prezidentidir. Yaxın vaxtlarda FİAS-ın İntizam Komitəsinin toplantısı keçiriləcək və qərar rəsmiləşəcək".
 
ASF prezidenti bildirib ki, idmanı siyasətə qatmaq düzgün deyil: "Biz idmançımızın özü ilə söhbət etdik. Dedi ki, bu hərəkəti qəsdən etməyib. Heç açıqlamasında da elə ifadələr işlətmədiyini bildirdi. Həqiqətən də qəsdən etsəydi, himn səsləndirildikdən sonra elə digər mükafatçılarla birgə erməni samboçu ilə şəkil çəkdirməzdi. Amma istənilən halda, himn çalınarkən, onu ayaq üstə dinləməmək düzgün deyil"
Baxılıb: 7002