Şou
Açıq-saçıq görüntüləri yayılmış rusiyalı müğənni xəstəxanaya yerləşdirildi
A
Açıq-saçıq görüntüləri yayılmış rusiyalı müğənni xəstəxanaya yerləşdirildi
22:18 31.03.2015
Bir neçə gün öncə internetdə açıq-saçıq görüntüləri yayılmış Rusiyanın əməkdar artisti, müğənni Nataşa Korolyova xəstəxanaya yerləşdirilib.

“AzerFax” Rusiyann dni.ru saytına istinadən xəbər verir ki, şəxsi arxivinə aid videogörüntülərin internetdə yayılmasından stres keçirmiş müğənninin əsəb sistemində ciddi problemlər yaranıb və bu səbəbdən də həkimlər onun xəstəxana şəraitində müalicə almasını məsləhət görüblər.
N.Korolyovanın səhətində problemin yaranması sözügedən görüntülərə görə müğənnini sərt tənqid edən və onun "Əməkdar artist” fəxri adından məhrum edilməsi məsələsini qaldıran deputat Vitali Milonovun da mövqeyini yumşaldıb.  Deputat Korolyovanı rahat buraxacağını deyib: “Bu qadn onsuz da əzab çəkir. Daha onunla işim olamayacaq”.

Baxılıb: 6154