Gündəm
Mudafiə Nazirliyinin Azərbaycan xalqına bayram təbriki - 20-dək erməni məhv edildi
A
Mudafiə Nazirliyinin Azərbaycan xalqına bayram təbriki - 20-dək erməni məhv edildi
22:06 19.03.2015
Ermənistan ordusunun Azərbaycanın Ağdərə rayonun Talış kəndində yaralanan əsgərlərin sayı açıqlanıb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi açıqlama verib. Bildirilir ki, martın 19-da qoşunların təmas xəttində şiddətli atışma zamanı 4 erməni əsgəri ağır yaralanıb. Lakin Ermənistan MN-i yaralıların adlarını açıqlamayıb.

Qeyd edək ki, bir neçə saat bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi cəbhədə 3 əsgərin öldürüldüyü barədə məlumat yaymışdı. Ölən erməni əsgərləri 1996-cı il təvəllüdlü Hakop Xaçatryan, 1995-ci il təvəllüdlü Eduard Hayrapetyan, 1995-ci il təvəllüdlü Arşak Harutunyandır. Lakin Ermənistanın tanınmış jurnalisti Romella Mnasakanyan isə deyib ki, Ermənistan ordusu 10 itki verib.

Azərbaycan Müdafiə Nazirliyi isə bildirir ki, düşmən orduda itkilərin sayı erməni mətbuatında yayılan rəqəmlərdən bir neçə dəfə çoxdur. Belə ki, nazirliyimizin məlumatında bildirilir ki, martın 19-da cəbhədə baş vermiş döyüş toqquşması nəticəsində müdafiənin ön xəttində yerləşən əsgər və zabitlərimiz düşmənə ağır zərbə vuraraq 20-dək hərbi qulluqçusunu məhv edib və yaralayıb.

Ermənistanın Müdafiə Nazirliyi cəbhədə ölən əsgərlərin analarının ölkənin hərbi-siyasi rəhbərliyinə qarşı qəzəbinin artmasından ehtiyat edərək uğursuz hərbi əməliyyatları və itkilərinin sayı barədə məlumatları qəsdən gizlədir, xalqın fikrini yayındırmağa çalışırlar.

ANS
Baxılıb: 13229