Gündəm
Əfv sərəncamına əsasən 6 qadın məhkum azadlığa buraxılıb
A
Əfv sərəncamına əsasən 6 qadın məhkum azadlığa buraxılıb
11:40 19.03.2015
Azərbaycan prezidenti İlham Əliyevin dünən imzaladığı əfv sərəncamının icrası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin qadın məhkumların cəza çəkdiyi 4 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.
 
APA-nın xəbərinə görə, əfv sərəncamına əsasən, bu müəssisədə cəza çəkən 6 qadın azadlığa buraxılıb.
 
Onlardan biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kürdəmir rayon şöbəsinin sabiq rəis müavini İradə Abbasovadır.
 
Penitensiar Xidmətin rəis müavini səlahiyyətlərini icra edən Rafiq Ramazanov tədbirdə bildirib ki, Azərbaycan müstəqillik əldə edəndən indiyə kimi 59 əfv sərəncamı imzalanıb, nəticədə 6126 nəfər təyin olunan cəzalardan azad olunub.
 
Sonun əfv sərəncamı 101 nəfərə şamil olunub. Onlardan 90 nəfər Penitensiar Xidmətin müəssisələrində cəza çəkməkdən, 11 nəfər isə şərti və digər cəza növlərindən azad olunublar.
Baxılıb: 4942