Gündəm
"Ermənistan hansısa layihəyə qoşulmaq istəyirsə, işğal etdiyi torpaqlardan çıxmalıdır"
A
14:41 18.03.2015
Ermənistan Dağlıq Qarabağ münaqişəsi çərçivəsində böyük sülh sazişi üzərində işləmək üçün işçi qrupunun yaradılması təklifindən imtina edib.

"AzerFax" xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov deyib.

Nazir deyib: “Ermənistan tərəfinin son çıxışları imkan vermir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların vəziyyəti ilə bağlı optimist olum”.

E.Məmmədyarovun sözlərinə görə, Ermənistan tərəfi aqressiv ritorika ilə məşğuldur: “Bəlkə bu, daxili auditoriya üçündür. Azərbaycanın mövqeyi budur ki, qoşunlar nə qədər tez çıxsa, sülh sazişi o qədər tez imzalanacaq. Azərbaycan öz inkişafını davam etdirir. Qarsda TANAP layihəsinin təməli atıldı. Bu böyük layihə regionun inkişafı üçün önəmlidir. Ermənistan hansısa layihəyə qoşulmaq istəyirsə, bizim arqumentləri bilir: əsgərlərini işğal olunmuş torpaqlardan çıxarmalıdır".
Baxılıb: 8669