Gündəm
Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq keçirməsinə razılıq verib
A
Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq keçirməsinə razılıq verib
14:38 12.03.2015
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın martın 15-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.
 
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı APA-ya açıqlamasında bildirib ki, Milli Şuranın müraciətinə baxılaraq, mitinqin martın 15-də saat 15:00-da keçmiş “Məhsul” stadionunda keçirilməsinə razılıq verilib.
 
Xatırladaq ki, mitinqin ölkədəki qiymət artımına etiraz olaraq keçirilməsi nəzərdə tutulub. 
Baxılıb: 3842