Mövqe
“Çətinliklərlə üz-üzə qalmışıq” - Abdulbari Gözəl
A
“Çətinliklərlə üz-üzə qalmışıq” - Abdulbari Gözəl
11:21 11.03.2015
“Kənd təsərrüfatının inkişafı ilə bağlı görülən işlərdən alınan nəticə məni də qane edir. Ölkədə kənd təsərrüfatında çoxlu imkanlar var”. 

Bunu “Azərsun Holdinq” Şirkətlər Qrupu Müşahidə Şurasının sədri Abdolbari Gözəl bu gün Bakıda keçirilən III Beynəlxalq “Caspian Energy Forum-2015” forumunda söyləyib.
Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı görülən işlərdən danışan Abdulbari Gözəl ölkədə tekstil sənayesinin inkişafı üçün böyük imkanların yarandığını deyib: “Bunun səbəbi də keçmiş SSRİ dövründə ölkədə bu sənayenin yüksək səviyyədə inkişaf etməsi ilə bağlıdır. Azərbaycan xanımları bu dövrdən tekstil məhsulları istehsal edən müəssisələrdə işlədiklərindən böyük təcrübə qazanıblar. Hazırda da bəzi tekstil müəssisələrində işləyən xanımlarımız ölkədə geyim sənayesinin inkişafına böyük töhfə verirlər”. 
Onun sözlərinə görə, ölkədə kənd təsərrüfatının inkişafı üçün böyük şərait yaranıb: “Ancaq bölgələrdə bu sahələri inkişaf etdirmək üçün ciddi su problemi yaşayırıq. Buna görə də əkin sahələrində yetişdirdiyimiz məhsullar, əsasən şəkər çuğundurunun yetişdirilməsində çətinliklərlə üz-üzə qalmışıq. Bunu aradan qaldırılması üçün hökumət ciddi iş görməlidir. Bölgələrdə yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulların istehsalını artırmaq üçün 2 milyard kub-metr su ehtiyatı yaradılmalıdır. Bəzən də elektrik və qaz çatışmazlıqları olur. Bu da yeni inkişaf edən ölkə üçün normaldır. Hər şeyi yenidən qurulur. Əvvəlcə Azərbaycan öz ehtiyaclarını qarşılamalıdır. Məhsulların sulanması üçün yeni texnologiyalardan istifadə etmək lazımdır. Çiləmə su ilə 5 ton yarım məhsul əldə etmək olar. Əvvəllər pomidor, xiyar kimi məhsulları Azərbaycan xaricdən alırdı. Təkcə Biləsuvarda  bu gün 6 min ton pomidor istehsal olunur”.
Baxılıb: 2555
Mövqe bölməsinin digər xəbərləri: