Gündəm
Nemtsovun qətlində azərbaycanlı polkovnikin nə günahı var? - Yeni versiya
A
Nemtsovun qətlində azərbaycanlı polkovnikin nə günahı var? - Yeni versiya
10:33 03.03.2015
Rusiyada politoloq  Boris Nemtsovun qətlində dudayevçilər günahlandırılır. Hüquq mühafizə orqanlarındakı mənbələrin məlumatına görə, Boris Nemtsov Ukraynanın sifarişi əsasında çeçen döyüşçü Adam Osmayev tərəfindən qətlə yetirilə bilərdi. Bu barədə "İzvestiya" qəzeti yazıb.

Nəşrin mənbəsi bildirib ki, indi istintaq qrupu baş vermiş faciədə Ukrayna xüsusi xidmət orqanlarının əlinin olmasına dair bəzi sübutlar var. Qətl Rusiya Federasiyasında mühitin destabilizasiyasını təmin edəcək təxribat kimi istifadə edilməli idi. 

A.Osmayev Rusiya xüsusi xidmət orqanlarına yaxşı tanışdır. О,Rusiya prezidenti Vladimir Putinə sui-qəsd hazırlanmasında əsas şübhəli şəxslərdəndir. 

Qəzetin yazdığına görə, Osmayev indi həyat yoldaşı ilə Ukraynada Cövhər Dudayevin adına olan batalyonda döyüşür. Bu batalyon ötən il bəzi Ukrayna oliqarxlarının maliyəsi ilə yaradılıb. 

Maraqlısı odur ki, batalyonun qərargah rəisi Azərbaycanın keçmiş müdafiə naziri müavini olan polkovnik İsa Sadıqovdur. O, Norveçdə yaşayır və öz vətənində axtarışdadır. 

Ukrayna xüsusi xidmət orqanlarının B.Nemtsovun qətli ilə bağlı Rusiyada vəziyyəti destabilləşdirmək istəməsi barədə iddialarda Ali Radanın deputatı Aleksey Qonçarenkonun Moskvada peydə olması faktı da xüsusi vurğulanır. . 

Ehtimal edilir ki, o, qətli izləməli olan emmisar rolunu icra edir. Rusiya hüquq-mühafizə orqanları qeyd edir ki, deputat Odessada onlarla insanın yandırılması zamanı da eyni rolu oynayıb. 

Ukrayna izi haqqında həm də Boris Nemtsovun rəfiqəsi, Ukrayna vətəndaşı olan qızın xəsarət almaması faktı da nəzərə alınır. Baxmayaraq ki, o qətli görə və bu barədə müvafiq qurumlara məlumat verə bilərdi... 

ANS
Baxılıb: 909