Gündəm
UABD Odessada da Xocalı aksiyası keçirib
A
UABD Odessada da Xocalı aksiyası keçirib
12:23 27.02.2015
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) Odessa vilayət nümayəndəliyi Xocalı faciəsinin 23-cü il dönümünü qeyd edib. 

Bu barədə məlumatı AZADİNFORM-a UABD-nin sədri Hikmət Cavadov verib.
H.Cavadov bildirib ki, UABD-nin Odessa nümayəndəliyin sədri Anar Ağayevin iştirakı ilə Odessa Dövlət Ekologiya Universitetində Xocalı stendi asılıb, tələbə və müəllim heyətinə faciə ilə bağlı ətraflı məlumatlar verilib. Bundan başqa nümayəndəlik təşkilatın Xocalı faciəsi ilə Ukraynada davam edən qanlı müharibənin paralel şəklində müqayisəsinə həsr olunmuş “Azərbaycanın sözü” qəzetinin Xüsusi Buraxılışının əsasən Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqdoldurma məntəqələrində paylanmasını təşkil edib. 
Qeyd edək ki, məntəqələrdə də faciənin ildönümü bayraqların endirilməsi, işçilərin paltarlarına xüsusi lentlərin taxılması və Xocalıya həsr olunmuş elektron məlumat lövhələrinin yerləşdirilməsi ilə qeyd edilib.
Baxılıb: 858