Kitab
Jurnalistin yeni kitabının imza günü keçirilib
A
Jurnalistin yeni kitabının imza günü keçirilib
00:36 07.02.2015
Bu gün “Park Bulvar”da “Qafqazinfo” saytının rəhbəri, jurnalist Elbrus Ərudun yeni kitabının imza günü keçirilib.

Türkiyədə çap olunan “Anne annem” adlı kitab müəllifin yazılarının toplusudur. 

İmza günündə tanınmış jurnalistlər, yazarlar iştirak ediblər. Onlar ilk satış günündə imzalı kitablar alıblar. Kitab jurnalistika fakültəsinin tələbələri üçün tövsiyə edilir. Eyni zamanda geniş oxucu kütləsi üçün də nəzərdə tutulub. 

Yaxın günlərdə “Anne annem”in geniş ictimaiyyət üçün təqdimatı və müzakirəsi keçiriləcək. 

Kitabın qiyməti 5 manatdır. “Anne annem”i şəhətin bütün kitab mağazalarından əldə edə bilərsiniz. 
Baxılıb: 759