Siyasət
"Qubad İbadoğlu lider oldu" - Arif Hacılı
A
11:14 28.01.2015
"Qubad İbadoğlu qurultaydan əvvəl və qurultay zamanı verdiyi vədlərə əməl etmədi. Bizim durmadan təkrar etdiyimiz birlik çağırışlarımıza məhəl qoymadı”.

Bunu Müsavat Partiyasının başqanı Arif Hacılı özünün “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.
 
A. Hacılı Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlunu anti-müsavat kampaniyasının lideri olmaqda ittiham edib: “Bu aylar ərzində bütün siyasi fəaliyyəti dövründə göstərmədiyi fəallıq nümayiş etdirdi. Heç vaxt hər hansı bir siyasi kampaniyanın lideri olmamışdı. Ətrafındakı qrupla anti-müsavat kampaniyasının lideri oldu. Müsavata vura biləcəyi bütün zərbələri vurdu. Müsavata qarşı bundan daha artığını edə bilməzdi”.

APA
Baxılıb: 1051