Gündəm
Prezident İlham Əliyev Sumqayıtda bir sıra obyektlərin açılışında iştirak edib
A
Prezident İlham Əliyev Sumqayıtda bir sıra obyektlərin açılışında iştirak edib
13:59 13.01.2015
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Sumqayıt şəhərinə gedib.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Sonra Prezident İlham Əliyev Nəsimi adına şəhər mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış olub. Bildirilib ki, parkda yerləşən Şəhidlər xiyabanının yaxınlığındakı 10 hektarlıq ərazidə geniş abadlıq işləri aparılıb, “20 Yanvar” və “Xocalı” abidələri ucaldılıb.

Dövlətimizin başçısı daha sonra Sumqayıt tekstil fabrikinin açılışında iştirak edib.

Prezident İlham Əliyev fabriki işə salıb, istehsal prosesini izləyib, hazır məhsullara baxıb.

Azərbaycan Prezidenti fabrikin açılışı münasibətilə kollektivi təbrik edib.

Sonda xatirə şəkli çəkdirilib.

Prezident İlham Əliyev Sumqayıta səfəri çərçivəsində Gənclər Evinin açılışında da iştirak edib.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Sonra Prezident İlham Əliyev Sumqayıtda yeni tikilmiş Yaşıl teatrda yaradılan şəraitlə maraqlandı.

Daha sonra dövlətimizin başçısı beton məmulatı zavodunun açılışında iştirak etdi.

Prezident İlham Əliyev zavodu işə saldı.

Məlumat verildi ki, illik istehsal gücü 140 min metr müxtəlif diametrlik beton boru və 500 min kvadratmetr beton döşəmə daşı olan zavodda ən müasir texnologiya tətbiq edilib. Yeddi istehsal sahəsindən ibarət bu zavod avadanlığın həcminə görə Şərqi Avropada analoqu olmayan ən böyük müəssisədir.
Baxılıb: 1064