Gündəm
Ramzan Kadırov: "Xodorkovskini məhbəsdə o qədər banladıblar ki..."
A
Ramzan Kadırov:
21:03 08.01.2015
Çeçenistan prezidenti Ramzan Kadırov Yukos şirkətinin keçmiş rəhbəri, hazırda İsveçrədə yaşayan Mixail Xodorkovskinin ünvanına sərt fikirlər səsləndirib. 

“AzerFax”(AFA) Rusiya mətbuatına istinadən xəbər verir ki, R.Kadırov özünün İnstagram səhifəsində Xodorkovskinin jurnalistləri Məhəmməd Peyğəmbərin karikaturasını yaymağa çağırmasına münasibət bildirib. Prezident yazıb ki, Xodorkovski məhbəsdə olarkən "orada onu çox banladıblar" və ona görə də azadlığa şizofrenik kimi çıxıb: “O indi Qərbdəki ağalarına qulluq etməyə çalışr və ona görə də belə çağırışlar edir. O qədər dərinə gedib ki, artıq ağalarını da ötüb”.
R.Kadırov bəyan edib ki, Xodorkovski Məhəmməd Peyğəmbər barədə jurnalistlərə çağırış etməklə öz üzərindən xətt çəkmiş olub: “Xodorkovskinin olduğu ölkədə də adamlar tapılar ki, onu çağırışına görə cavab verməyə dəvət etsinlər. O bu addımı ilə özünü müsəlmanların düşməninə çevirdi. Deməli, Xodorkovski mənim də şəxsi düşmənimdir”.

Baxılıb: 983