Gündəm
Daha bir ölkə Gülən məktəblərindən imtina etdi
A
Daha bir ölkə Gülən məktəblərindən imtina etdi
12:32 07.01.2015
Tacikistanın təhsil nazirliyinin rəsmisi Rəhimcan Səidov Gülən camaatının məktəbləri ilə imzalanan kontraktın 2015-ci ilə qədər olduğunu və “missiyalarının məlum olmadığı” səbəbilə bu müddətin uzadılmayacağını açıqlayıb.  

Tacikistanda Gülən camaatına aid “Şəlalə” təhsil qurumuna bağlı məktəblərin lisenziyalarında araşdırma aparılır. Təhsil nazirliyinin mətbuat katibi Ehsan Xoşbəxtov isə camaat məktəblərinin lisenziyalarının nəzərdən keçirildiyini söyləyib.

Bundan öncə Tacikistanın təhsil naziri Nurəddin Səidov da Türkiyədəki “paralel dövlət”-in Tacikistandakı təşkilatlanması olan məktəblərin məsələsini prezident İmaməli Rəhman ilə müzakirə etdiklərini bildirmişdi.

“Camaata aid olan məktəblərin missiyası məlum deyil” deyən təhsil naziri nazirliyin bu məktəblərin başqa məqsədlərə xidmət etdiyini aşkarladığı təqdirdə həmin məktəblərə lisenziya verməyəcəyini bildirmişdi(Avropa.info).

Baxılıb: 907