Şou
Rusiyanın seks simvolu Bakıya gəlir
A
Rusiyanın seks simvolu Bakıya gəlir
09:07 18.12.2014
Rusiyanın tanınmış DJ-i Diana Melison yenidən paytaxtımızın qonağı olacaq. 

Rusiyada ilk "SWAG girl" və moskvalı şahzadə adlandırılan məşhur DJ Diana Melison 2015-ci ilin fevral ayının 1-də Bakıda çıxış edəcək. 

Cazibədar bədən quruluşu və səsləndirdiyi klub musiqiləri ilə qəlbləri fəth edən xanım şəhərin məşhur gecə klublarından birində canlı şou göstərəcək. Bu barədə təşkilatçı Aqil Məmiyev xəbər verib. 

Diana Melison bu dəfə sürprizləri ilə izləyicilərini təəccübləndirəcək. Bundan başqa, xarici ulduzla birlikdə, yerli DJ-lərimiz də çıxış edərək öz məharətlərini nümayiş etdirəcəklər. 

Xatırladaq ki, bir müddət əvvəl xarici jurnallardan birinə açıqlama verərkən Ronaldonu İrina Şeykin əlindən alacağını bildirən tanınmış DJ bu ilin aprel ayında da paytaxtımızın qonağı olmuşdu(ans). 

Baxılıb: 14010