Sosial
Bakı Olimpiya Stadionu neçəyə başa gəlib? - "Tekfen"dən açıqlama
A
Bakı Olimpiya Stadionu neçəyə başa gəlib? -
11:00 08.12.2014
Bakı Olimpiya Stadionunun istifadəyə veriləcəyi tarix məlum olub.

"AzerFax" xəbər veri ki, b u barədə Türkiyənin "Tekfen İnşaat" şirkətindən bildirilib. Azərbaycanda ümumilikdə 2 milyard dollarlıq layihəyə imza atan şirkət iki böyük layihəni fevral ayında təhvl verəcək.

"Tekfen İnşaat" baş direktoru Levent Kafkaslı görülən işlər barəsində mətbuata açıqlama verib. O bildirib ki, Bakı Olimpiya Stadionu nəzərdə tutulmuş tarixdə tam bitəcək. 
Stadionun tikintisi üçün 640 milyon dollarlıq müqavilə imzaladıqlarını ifadə edən Kafkaslı layihənin inşasına 2013-cü ilin fevral ayında başladıqlarını söyləyib:

"Bakı Olimpiya Stadionu 12-28 iyun 2015 tarixləri arasında Beynəlxalq Olimpiya Komitəsi tərəfindən ilk dəfə təşkil ediləcək olan Avropa Oyunlarına ev sahibliyi edəcək. Son texnologiyaların istifadə edildiyi stadionu, 24 ay kimi qısa müddətdə tamamlayacaq Tekfen bununla ilk rekordun sahibi olacaq". 
Baxılıb: 3384
Sosial bölməsinin digər xəbərləri: