Şou
Xalq artisti onu saxlayan iş adamından danışdı
A
00:01 05.12.2014


Xalq artisti Aygün Kazımova yenidən şəxsi həyatı ilə bağlı açıqlama verib. "AzerFax" xəbər verir ki, “qafqazinfo”nun məlumatına görə, xalq artisti “ATV maqazin” verilişinə açıqlamasında xoşbəxt olduğunu bildirib: 

“Üzümdən, gözümdən xoşbəxtlik yağır. İstəmirəm bu sevgi bitsin, bu sevginin uzun müddətli olmağını istəyirəm. İstəyirəm ki, son sevgim olsun. Sevib ayrılmaq böyük stress yaşadır, hamısı da tamaşaçıların gözü qarşısında olur. Evli də oldum, bərabər də yaşadıq, amma xoşbəxt olmadım və sonu ayrılıq oldu. Bu sevgi bütün varlığımı əhatə edib. Sevgilim xaricdə yaşayan iş adamıdır. Bakıda olan konsertlərimə vaxt tapsa, gələcək. Sevgilim azərbaycanlıdır, müsəlmandır. O şəxs sənətimə olan sevgimi artırıb. Məni dəstəkləyir, mənimlə qürur duyur. Bu vacibdir. Bu  həftə Hakan mənə yeni mahnı verəcək.”

 

Baxılıb: 5311