Şou
“Möhtəşəm Yüz il” serialının Dəfnə Sultanı bir saata 115 min dollar qazanır
A
00:01 05.12.2014


Elə hər şey bu tətildən sonra başlayıb. Anası ilə verdiyi balaca bir müsahibədən sonra “Elif” serialına təklif alıb. 2008-cii ldə “L'Oreal”ın yeni üz müsabiqəsinin finalçısı olub. Serialda daha yaxşı oynamaq və özünü aktrisa kimi təsdiq etmək üçün “Müjdat Gezen” Konservatoriyasının Teatr bölümündə oxumağa başlayıb.

 2010-cu ildə “Kavak Yelleri” serialında Elena, “Yerden Yüksek” serialında isə Culietta rollarını oynayıb. 2011-ci ildə “Hayat Devam Ediyor”da canlandırdığı Pelin Akça rolu onun tanınmasına kömək olub. Ardından 2013-cü ildə “Mərhəmət” filmində Irmak Tunalı obrazının öhdəsindən uğurla gəlib.

 Eyni ildə N11.com adlı alış-veriş saytının reklam siması olub. Allen Rəcəb İvedik rolu ilə tanınan aktyor Şahan Gökbakarla bu yaxınlarda daha bir reklama çəkilib. Aktrisanın ilk reklamda qonorarının 100 min (46 min dollar), ikinci reklamda isə 250 min türk lirəsi (115 min dollar) olduğu deyilir.

 Allenin kino debütü isə Özcan Dənizin rejissorluq etdiyi və baş rolu oynadığı “Su və Atəş” filmi ilə olub. 2014-cü ildə tamaşaçıların qarşısına Dəfnə Sultan obrazı ilə “Möhtəşəm Yüz il” serialında çıxıb.

 Aktrisa hələ ki subaydır. Bir müddət “Hayat Devam Ediyor” serialında birgə işlədiyi aktyor Onur Tuna ilə münasibəti olub.

 ailem.az



 

Baxılıb: 2246