Şou
62 yaşlı qadın 9 yaşlı uşaqla ikinci dəfə evləndi
A
00:01 05.12.2014

 

 Dünyanın ən gənc bəylərindən olan 9 yaşlı məktəbli Saneie Masilela 62 yaşlı arvadı Helen Şabanqu ilə yenidən evlənib. "AzerFax" xəbər verir ki, ailem.az-ın xarici mətbuata istinadən xəbərinə görə, ötən il evlənən bu cütlük bu il 100 qonağın iştirakı ilə nikahlarını yeniləyib. Məqsəd isə ölmüş ulu babalarının ruhunu şad etmək olub.

 Toyda gəlinin həm 9 yaşlı ikinci əri, həm də 66 yaşlı birinci əri iştirak edib.

 Təzə bəyin anası oğlunun xoşbəxt olduğunu deyib. “O qədər xoşbəxt idi ki, hətta ikinci dəfə evlənməkdən də utanmadı. Qadın insanların “toydan sonra bir yatacaqlar? Bir qalacaqlar? Uşaq sahibi olacaqlar?” suallarına cavab olaraq “toydan sonra hər şey öz normal axarına qayıdacaq. Heç nə dəyişməyəcək” deyib.

 Təzə bəy “mən bunu etdim, ancaq təhsilimin arxasınca gedib, yeni dil öyrənəcəyəm. Böyüyəndə isə öz həmyaşıdım olan bir xanımla ailə quracağam. Heleni ona görə seçdim ki, onu sevdim. Bir qalmasaq da, anamın iş yerində həmişə görüşürük. Bunu etməsəydim, ailəmizdə pis bir hadisə baş verə bilərdi” deyib.

 5 uşaq anası olan təzə gəlin isə “hamı bilməlidi ki, biz bu evliliyə əcdadlarımızı xoşbəxt etmək üçün razı olduq. Saneie məni seçdiyinə və ailəmin buna razı olmasına görə çox xoşbəxtəm. Mən və uşaqlarım çox xoşbəxtik, mənim uşaq yaşda biriylə evlənməmə görə narahat deyilik. Başqalarının nə deyəcəyi də vecimizə deyil” deyib.

 

Baxılıb: 1330