Şou
"Mən Meral Konratdan yaxşı..."
A
00:01 05.12.2014

 


"AzerFax"
xəbər verir ki, bunu milli.az-a müsahibəsində əməkdar artist Mehriban Xanlarova deyib. Vaxtilə Şahmar Ələkbərovun “Sahilsiz gecə” filmində nisbətən açıq səhnəyə çəkilməsindən danışan M. Xanlarova deyir ki, əslində, orada elə bir açıq səhnə yox idi: “Bir az paltarımı qaldırmışdım. Onu da şişirtdilər. Müxtəlif fikirlər səsləndirdilər. Amma sonradan ara sakitləşdi”.

 Əməkdar artist onu da deyib ki, illər əvvəl “Təhminə və Zaur” filmində “Təhminə” rolunu o ifa edəcəkdi: ““Təhminə” roluna mən çəkiləcəkdim. Təsəvvür edirsiniz, biz artıq filmin məşqlərinə başlamışdıq. Son məqamda Rasim Ocaqov məni yox, Meral Konratı çəkmək qərarına gəldi. Səbəbini özüm də bilmirəm. Sakitcə çıxıb getdim.Əlbəttə, zənn edirəm ki, mən “Təhminə”ni Meral Konratdan yaxşı oynayardım və bu məndə ona nisbətən daha gözəl alınardı”.

 

Baxılıb: 1010