Şou
"Ay ev yiyəsi" deyən aparıcının hamiləliyi söz-söhbətə səbəb oldu
A
00:01 05.12.2014

 

Lider Telekanalında yayımlanan "Ay ev yiyəsi" verilişinin aparıcı Lalə Əlimuxtarovanın hamilə xəbəri yayılıb. "AzerFax" xəbər verir ki, aparıcı gecce.az-a verdiyi açıqlamada bu xəbəri təsdiqləyib. Qayda-qanunla gəlin köçdüyünü deyən L.Əlimuxtarova həyat yoldaşının dövlət işçisi olduğunu bildirib: "Ona görə bu xəbəri mətbuatdan gizlətdik. Ailə üzvlərimizdən ibarət məclis təşkil etməli olduq".
Yayılan şayiələrə birdəfəlik aydınlıq gətirmək istəyən Lalə qeyd edib ki,2013-cü ilin dekabrın 17-də toyu olub: "Həyat yoldaşımla təxminən iki il yarım öncə, 2011-ci ilin fevral ayının 18-də tanış olmuşuq. Bəli, ana olmağa hazırlaşıram. Sentyabr ayının son günlərində bu xoş günü görmək mənə qismət olacaq. Ana olmaq gözəl hissdir, hər bir xanıma özüm kimi xoşbəxt olmağı arzu edirəm.

 

 

 

Baxılıb: 1515